Moskvada naməlum şəxslər kriminal avtoriteti qaçırıblar - VİDEO


Moskvada dörd nəfər şəhərin mərkəzində bir nəfəri qaçırıb.

Hadisə Sülh prospekti 120 ünvanında yerləşən kafedə baş verib. Cinayətkarlar kafeyə girərək bir nəfərdən onlarla getməyi tələb ediblər. Həmin şəxs qaçmaq istəyəndə, ona atəş açılıb. Bundan sonra yaralanan kişini avtomobilin yük yerinə basaraq aparıblar.

Qaçırılan şəxsin Rusiya Dövlət Dumasının sabiq deputatı Denis Vorenenkov və Ukraynanın "Oplot" ictimai təşkilatının lideri Yevgeni Jilinin ölümündə əli olduğu iddia edilən ukraynalı kriminal avtoritet Yuri Vasilenko olduğu bildirilir. Vasilenko Moskvada gizli yaşayıb, kiçik evdə kirayədə qalıb, görüşlərini isə restoranda keçirib.

Hadisədən sonra onun kirayə götürülən evində aparılan axtarış zamanı snayper tüfəngləri və partlayıcı maddələr də daxil olmaqla xeyli sayda silah-sursat tapılıb.


(Sputnik.az)

DİGƏR XƏBƏRLƏR

Top