Naxçıvandan Bakıya gecə reysləri fəaliyyətə başladı


Yanvarın 10-da Naxçıvan şəhərindəki avtovağzal kompleksindən Naxçıvan-Bakı-Naxçıvan istiqaməti üzrə gecə reysi fəaliyyətə başlayıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin sektor müdiri Natiq Həsənov bildirib ki, muxtar respublika sakinlərinin paytaxt Bakı şəhəri ilə əlaqəsinin daha da genişləndirilməsi və vaxt itkisinin azaldılması məqsədilə Naxçıvan-Bakı-Naxçıvan marşrutunda gecə reysi istifadəyə verilib. 
Avtobuslar hər gün saat 19:30-da Naxçıvandan yola düşüb, səhər saat 9:00-da Bakıya çatacaq. Bakıdan isə avtobus saat 21:00-da yola çıxacaq və növbəti gün səhər saat 10:00-da Naxçıvan şəhərinə çatacaq. Biletin bir istiqamət üzrə qiyməti 25 manat təşkil edir. Beş yaşınadək uşaqlar üçün gediş haqqı pulsuzdur. Beş yaşından 10 yaşınadək olan uşaqlar üçün isə biletin qiymətinin 50 faizi ödənilir. Biletləri muxtar respublikanın bütün avtovağzallarındakı kassalardan əldə etmək mümkündür. Bu gün Bakı şəhərinə ilk reyslə 10 sərnişin yola salınır. 
(Azərtac)

DİGƏR XƏBƏRLƏR

Top