Əsgərlikdən təzə gələn gənc oğlanı metronun qarşısında niyə öldürüblər? - TƏFƏRRÜAT


Bakıda "Nizami" metro stansiyası yaxınlığında gənc oğlan bıçaqlanıb.
Yeniavaz.com bildirir ki, yenicag.az-ın hadisə yerində olan əməkdaşının sözlərinə görə, bıçaqlanan şəxs qanaxmadan hadisə yerindəcə keçinib.

Şahidlərin verdiyi məlumata görə, bıçaqlanmaya metronun içərisində baş verən mübahisə səbəb olub. Belə ki, bir qızın çiynindən düşən şalı yaşlı bir kişi götürdükdə cinayəti törədən şəxs və onun dostu gülməyə başlayıb. Öldürülən şəxs isə onların gülməsinə iradını bildirib və tərəflər arasında mübahisə düşüb.

Metrodan çıxdıqdan sonra tərəflər arasındakı sözlü mübahisə əlbəyaxa davaya çevrilib. Nəticədə ürək nahiyəsindən bir bıçaq zərbəsi alan gənc yerindəcə dünyasını dəyişib.
Ölən şəxs Saatlı rayonundandır. Onun təxminən 22-23 yaşlarında olduğu bildirilir.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə modern.az-a açıqlamasında bildirib ki, hadisə Bakı şəhəri Salatın Əsgərova küçəsi 64 ünvanında qeydə alınıb:
“Salatın Əsgərova 64 ünvanında 1996-cı il təvəllüdlü Şəmiyev Emin Asif oğlunun sinə nahiyyəsindən kəsilmiş-deşilmiş xəsarətlərlə meyiti aşkar olunub. Dərhal hadisə yerinə Yasamal rayon prokuroru, Yasamal rayon Polis İdarəsinin rəisi və idarə əməkdaşları gəlib. Hadisə yeri müayinə olunub”.

E.Sultanov bildirib ki, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb:

“İş üzrə polis və prokurorluq əməkdaşlarından ibarət istinataq-əməliyyat qrupu yaradılıb. İstintaq-əməliyyat qrupu tərəfindən hadisəni törətməkdə şübhəli bilinən şəxsin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir”.

DİGƏR XƏBƏRLƏR

Top