Prezidentdən yeni təyinatlar - Sərəncam


Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının bir sıra birinci instansiya məhkəmələri hakimlərinin və sədrlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb. 

Yeniavaz.com xəbər verir ki, sənədə əsasən, Polad Vəli oğlu Həsənov Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin hakimi və həmin məhkəmənin sədri təyin edilib.

Qabil Neymət oğlu Məmmədov Naxçıvan Şəhər Məhkəməsinin hakimi və həmin məhkəmənin sədri təyin edilib.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

DİGƏR XƏBƏRLƏR

Top