Moskvada azərbaycanlıların toplaşdığı yeganə məscid bağlandı - VİDEO


Rusiya Federasiyasının paytaxtı Moskvanın Otradnıy rayonunda azərbaycanlılara məxsus "İnam" cümə məscidi bağlanıb və cümə namazına heç kim buraxılmır.

Məscid onu azərbaycanlılara icarəyə verən tatar mənşəli Rəşid adlı sahibi tərəfindən bağlanıb.

O, məscidin qarşısında buna etiraz edən azərbaycanlı inanclılarla görüşə gəlməyib. Rəşid məscidi bağlamağına səbəb olaraq icarə haqqının onu qane etmədiyi ismarıcını göndərib.

Hazırda polis məscidin ətrafını nəzarətə götürüb, hər hansı qarşıdurmanın baş verməməsi üçün keşik çəkir.

Qeyd edək ki, "İnam" məscidi azərbaycanlı dindarların Moskvada toplaşdığı yeganə məsciddir.
(Report)

 

DİGƏR XƏBƏRLƏR

Top