Moskva ermənilərə görə Bakını ittiham etdi


Moskva ümid edir ki, Bakı Rusiya vətəndaşlarına, xüsusilə də erməni milliyətindən olan vətəndaşlarına qarşı etnik əlamət üzrə ayrı-seçkilik siyasətindən imtina edəcək və onların Azərbaycana girişinə mane olmayacaq.
Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
M. Zaxarova Azərbaycan hakimiyyəti tərəfindən Rusiya vətəndaşlarına qarşı etnik əlamət üzrə “diskriminasiya siyasətinin” dəfələrlə təzahürü barədə sosial şəbəkələr daxil olmalqa, xeyli sayda yazıların olduğuna diqqət çəkib.  O bildirib: “Statistika barədə danışsaq, o zaman ötən il Rusiya vətəndaşlarının etnik əlamətə görə Azərbaycana girişinə imtina edilməsi ilə bağlı ən azı 16 hal bizə məlumdur. Bununla yanaşı, Rusiya vətəndaşarı aeroportda saatlarla saxlanılıb, sonra isə rəsmi səbəb göstərilmədən ölkədən zorla çıxarılıb”.
M. Zaxarova təəssüflə qeyd edib ki, bu artıq “ənənə” halının alır: “Bununla belə təəssüf ki, pis və doğru olmayan ənənədir. Bizim nöqteyi nəzərdən, göstərilən faktlar Rusiya vətəndaşlarının hüquqlarını kobud pozur, Rusiya-Azərbaycan Dostluq haqqında müqavilənin ruhu ilə ziddiyyət təşkil edir. Rusiya tərəfi mövcud vəziyyətin qəbuledilməz olmasını Azərbaycanın diqqətinə çatdırıb, saxlama və ölkədən çıxarma praktikasını dayandırmağı tələb edib, çünki bu, iki ölkə arasında dostluq münasibətlərilə uyğunluq təşkil etmir. Azərbaycan rəhbərliyi ilə təmaslar zamanı təminat aldıq ki, vəziyyət düzəldiləcək və biz buna çox ümid edirik”.

DİGƏR XƏBƏRLƏR

Top