ABŞ hərbi texnikanı Suriyadan çıxarmağa başladı


Vaşinqton Amerika qoşunlarının Suriyadan çıxarılması planına uyğun olaraq bu ölkədən hərbi texnikanı daşımağa başlayıb.
Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, son bir neçə gün ərzində yerüstü hərbi texnikanın ilk partiyası Suriyadan çıxarılıb. Hansı yüklərin olduğu və onların hara və necə daşınması barədə dəqiq məlumat yoxdur. Amerika qüvvələrinin ilkin olaraq, ölkəni şimal hissəsindən çıxarılması planlaşdırılır. Qoşunların çıxarılması əməliyyatına ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlıığı rəhbərlik edir.

DİGƏR XƏBƏRLƏR

Top