Seyran Ohanyana qarşı ittiham irəli sürülüb


Ermənistanın keçmiş müdafiə naziri və Baş Qərargahın rəisi Seyran Ohanyana qarşı 2008-ci il martın 1-də Yerevandakı hadisələrlə bağlı açılmış iş çərçivəsində ittiham irəli sürülüb. Yeniavaz.com "Sputnik"ə istinadən xəbət verir ki, Ermənistanın Xüsusi istintaq xidməti agentliyə bu xəbəri təkzib etməyib. 

"Aykakan jamanak" qəzeti isə Ohanyanın özü ilə əlaqə saxlayıb. Keçmiş müdafiə naziri suala cavab vermək istəməyərək jurnalistə hüquq-mühafizə orqanlarına müraciət etməyi məsləhət görüb.

Ohanyan 2008-ci il martın 1-də Baş Qərargahın rəisi olub. Onu konstitusiya quruluşunu devirməkdə ittiham edirlər.

Bu iş üzrə analoji ittihamlar keçmiş prezident Robert Köçəryana, keçmiş müdafiə naziri Mikael Arutyunyana və KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturova qarşı sürülüb.

DİGƏR XƏBƏRLƏR

Top