Rusiyada bütün əsas məhsullar bahalaşdı

 
2018-ci ilin yekunları üzrə Rusiyada inflyasiya 4,3% təşkil edib, 2017-ci ildə isə bu göstərici 2,5% olub. Yeniavaz.com “Lenta.ru” saytına istinadla xəbər verir ki, bu barədə Rusiya Dövlət Statistika Xidmətinin məlumatında deyilir.
 
2018-ci ildə ərzaq məhsullarının qiyməti 4,7%, qeyri-ərzaq mallarının qiyməti 4,1%, xidmət haqları isə 3,9% bahalaşıb. Ərzaq məhsulları arasında isə ən çox şəkər (28,3%) və yumurtanın (25,9%) qiyməti qalxıb. Ötən il benzinin pərakəndə satış qiyməti inflyasiyanı 2 dəfədən çox ötərək 2017-ci illə müqayisədə 9,4% artıb.

DİGƏR XƏBƏRLƏR

Top