
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Ümumdünya İqtisadi Forumuna (ÜİT) səfərini ləğv edir. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Amerika lideri özünün “Twitter” səhifəsində yazıb. O buna səbəb kimi Ağ ev və Konqresə ABŞ hökumətinin qismən dayandırılmış işini bərpa etməyə imkan verməyən Amerika-Meksika sərhədindəki vəziyyəti göstərib.
D.Tramp bildirib: “Demokratların sərhədlərdəki təhlükəsizlik üzrə barışmaz mövqeyinə və ölkəmizin təhlükəsizliyinin həddən artıq vacibliyinə görə mən bütün hörmətimə rəğmən, Davosdkı ÜİT-ə çox vacib səfərimi ləğv edirəm. ÜİT-dən üzr istəyirəm”.