Bakıda təcili tibbi yardım xəstəyə niyə kömək etməyib? - Rəsmi açıqlama


Bu gün təcili tibbi yardımla bağlı Bakıda xoşagəlməz hal yaşanıb.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən bildirilib ki, nazirliyə 11:35-də çağırış daxil olub, 11:47-də isə hadisə yerinə təcili tibbi yardım maşını gəlib.

Nazirlikdən yaranan anlaşılmazlığa da münasibət bildirilib:

“Sürücü maşının içərisində heç bir tibbi heyət, tibbi personal olmadığı üçün dayanmayıb. Qaraja oksigen balonu götürməyə gedən maşının içində tibb bacısı olmadığı üçün maşın saxlasa da, sürücü o insana heç bir köməklik edə bilməzdi”.

“Özəl tibb müəssisəsinə məxsus maşın Səhiyyə Nazirliyinə aid deyil. Daha sonra isə təcilli yardım maşını gəlib və sözügedən şəxsə lazımi köməklik olunub”,- deyə nazirlikdən qeyd edilib.(oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top