
Astronomlar 1,5 milyard il uzaqlıqdakı qalaktikadan təkrarlanan radio siqnalları təsbit ediblər. Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Kanadadakı teleskoplar tərəfindən qəbul edilən müəmmalı siqnalın təkrarlanması olduqca nadir təsadüf edilən haldır. Bu günədək təsbit edilən güclü radio dalğa səslərinin (FRB) yalnız biri oxşar şəkildə özünü təkrarlayan siqnal olub. Elm dünyasında həyəcan yaradan bu FRB-nin qaynağı isə hələlik qeyri-müəyyənləyini qoruyur. Elm adamlarının apardığı işlər nəticəsində fərq edilən təkrar siqnalları Okanagan Vadisindəki CHIME adlı radio teleskopu təsbit edib. FRB-lər ilk dəfə 2007-ci ildə Avstraliyadakı Parkes radio teleskopu tərəfindən təsbit edilib.
Tətbiqimizi yükləyə bilərsiniz