Qırğızıstanda baş nazirə qarşı ittiham: büdcəyə 1,4 milyon dollar ziyan vurub



Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsi ölkənin keçmiş  Baş naziri Sapar İsakovu muzeyin yenidən qurulmasında dövlət büdcəsinə 1,4 milyon dollar məbləğində ziyan vurmaqda ittiham edib. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, S. İsakov və digər vəzifəli şəxslərin cinayət əməllərinə görə dövlətə təqribən 1,45 milyon dollar məbləğində ziyan vurulub. Bununla belə, muzeyin yenidən qurulması üzrə işlər hələ də başa çatdırılmayıb.

Komitənin məlumatına əsasən, S. İsakov keçmiş Prezident Almazbek Atambayevin aparat rəhbəri işləyərkən tarixi muzeyin rekonstruksiyası ilə məşğul olan Türkiyə şirkətinə təzyiq göstərərək işləri sürətləndirməyi tələb edib. Türkiyə tərəfi gələcək işlərdən imtina edib və rekonstruksiyaya dövlət satınalmaları proseduru keçirilmədən Almaniya şirkəti cəlb olunub. Bu şirkət daxili bazarda olan materialların dəyərini xeyli üstələyən bahalı avadanlıq və interyer əşyaları alıb.

Xatırladaq ki, S. İsakov iyunun 5-də hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulub. 

DİGƏR XƏBƏRLƏR

Top