
Azərbaycan Ordusunun Əfqanıstan İslam Respublikasındakı bir qrup sülhməramlısı plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb.
Yeniavaz.com Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, ordumuz NATO-nun həyata keçirdiyi “Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərir.
Azərbaycan Ordusunun Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.
Hazırda Azərbaycan Ordusunun 120 hərbi qulluqçusu, 2 hərbi həkimi və 6 qərargah zabiti olmaqla Əfqanıstandakı missiyada iştirak edir.
Tətbiqimizi yükləyə bilərsiniz