Gürcüstana keçmək istəyən sürücülərə Azərbaycan ərazisi tövsiyə olundu


Güclü qar səbəbindən bağlanan Hərbi-Gürcüstan yolunda gözləyən nəqliyyat vasitələrinin sayı artaraq 120-dən 200-ə yüksəlib.

Hazırda 198 vahid texnika, 24 minik avtomobili Rusiya-Gürcüstan sərhədini keçmək üçün gözləmədədir. “Verxniy Lars” buraxılış məntəqəsində gözləyən sürücülər üçün isinmə məntəqəsi açılıb. Burada onlar çay içə, mobil telefonlarına enerji yükləyə bilərlər.

Artıq iki gündür davam edən vəziyyətdən çıxış yolu kimi alternativ vasitələr də təqdim edilib. Belə ki, Gürcüstana getmək istəyənlər üçün Batumiyədək bərə keçidindən, “Yaraq-Qazmalar” avtomobil buraxılış məntəqəsindən (Azərbaycan ərazisindən tranzitlə) istifadə tövsiyə olunub. (qafqazinfo)

DİGƏR XƏBƏRLƏR

Top