Yeni icra başçısı sakinlərlə görüşə başladı - FOTOLAR


Mingəçevir İcra Hikimiyyətinin başçısı İlham İsmayılov sakinlərlə səyyar görüş keçirib. Yeniavaz.com xəbər verir ki, görüş Ü. Hacıbəyov 78, 80, M.Maqamayev 81 ünvanında yaşayan sakinlərlə olub. Sakinləri salmalayan icra başçısı əvvəlcə şəhərdə görülən quruculuq-abadlıq işləri barədə məlumat verib.
Bildirib ki, bütün bu görülən işlər cənab Prezidentin tövsiyəsidir ki, insanlar rahat şəkildə yaşasınlar: "Məqsədimiz sakinlərin problemi ilə yaxından tanış olmaq və bu işlərə aydınlıq gətirməkdir".
Görüşdə çıxış edən şəhər sakinləri quruculuq-abadlıq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıq bildirib, onları narahat edən bəzi nöqsan və çatışmamazlıqların aradan qaldırılmasını xahiş ediblər.
Məhəllə sakinlərindən Fərman Nəbiyev çıxış edərək, onların məhəllələrində yaradılan nümunəvi məhəlləyə görə başçıya minnətdarlıq edib: "Görülən bu işlər biz məhəllə sakini kimi mən də razıyam. Amma biz sakinlərin uzun illərdən bəri ən çox narahat edən problem binaların istilik sisteminin olmamasıdır. Binaların tüstü bacaları təmizlənmir. Bu da qış aylarında daha çox problem yaradır. Həyətdə iri gövdəli ağaclar sakinlərə problemlər yaradır. Binaların giriş qapıları yoxdur”.

Digər çıxış edən məhəllə sakinləri də onları narahat edən problemlərdən söz açıblar. 
Problemləri dinləyən başçı deyib: "Bu şəhər bizim şəhərdir, problemini də birgə həll etməliyik. Şəhərdə görülən işlərin siyahısına məhəllələrin də abadlaşması salınıb. Artıq 5 nümunəvi məhəllə yaradılıb. 3 məhəllədə də işlər görülür. Burada sadalanan problemlər mərhələ-mərhələ öz həllini tapacaq. Sizinlə gələn görüşlərimizdə bunun şahidi olacaqsınız. Amma mənim də sizə müraciətim var, gəlin hamılıqla yaradılan bu gözəlliyi qoruyaq. Əgər yaradılan bu şərait qorunmasa, iş görməyin nə xeyri var? Mən əminəm ki, sizlər bu işdə bizə kömək edəcəksiniz”.
Görüşdə sakinlər tərəfindən qaldırılan məsələlərin həlli üçün başçı aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlarını verib. 
Esmira Hidayətova, Mingəçevir
 

DİGƏR XƏBƏRLƏR

Top