
“Qalatasaray” Portuqaliyanın “Çaves” klubunun müdafiəçisi Markao və “Bursaspor”dan ayrılan Əmrə Taşdəmiri transfer edir.
“Sarı-qırmızılar” hər iki futbolçu ilə danışıqlara başladığını açıqlayıb. Transferin yaxın günlərdə rəsmiləşəcəyi gözlənilir.
Qeyd edək ki, iki mövsümdür Portuqaliya çempionatında oynayan 22 yaşlı Markao bu mövsüm 23 oyunda 3 qol vurub. 23 yaşlı sol cinah müdafiəçisi Əmrə isə bu mövsüm Bursa təmsilçisinin heyətində sadəcə, 1 oyunda meydana çıxıb. (qol.az)