Riçard Almeyda "Qarabağ"a qayıdır


Reynaldonu yenidən heyətinə cəlb edən "Qarabağ" daha bir sabiq futbolçusunu geri qaytarmaq üzrədir

Qazaxıstanın "Astana" klubunda çıxış edən Riçard Almeyda Ağdam klubuna geri dönə bilər. Almeyda danışıqlar aparmaq üçün "Qarabağ"ın təlim-məşq toplanışında olduğu Türkiyənin Antalya şəhərinə gələcək. Millimizin üzvüylə danışıqlar müsbət tamamlansa, 2,5 illik müqavilə imzalanacaq.

Almeydanın "Astana" ilə 1,5 illik müqaviləsi qalıb. Bu səbəbdən də "Qarabağ" Qazaxıstan klubunu da razı salmalıdır.

Qeyd edək ki, 29 yaşlı futbolçu 2012-2018-ci illərdə "Qarabağ"da çıxış edib.
(futbol11.az)

DİGƏR XƏBƏRLƏR

Top