Çavuşoğlu: ABŞ-ın Suriyadan çıxmasını Rusiya və İranla koordinasiya etmək istəyirik


“ABŞ-ın Suriyadan qoşunlarını çıxarmaqda bəzi çətinliklər çəkdiyini görürük. Terror təşkilatı ilə bu qədər yaxın olduqdan sonra həmin terror təşkilatından ayrılmaq o qədər də asan deyil”.
Yeniavaz.com NTV telekanalına istinadla xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Onun sözlərinə görə, ABŞ-ı qoşunlarını Suriyadan çıxarmaq qərarından vaz keçirmək üçün cəhd edən ölkələr də var: “ABŞ-ın daxilində fərqli fikirlər var. Bütün bunları konsolidə etməyə çalışırıq. İstəyirik ki, Amerika qoşunlarının Suriyadan çıxarılması prosesini Qərb həmkarlarımızla yanaşı,  Rusiya və İranla da koordinasiya etmək istəyirik”.

DİGƏR XƏBƏRLƏR

Top