Tbilisidə təcili yardım maşını azərbaycanlıları vurdu: ölən var - VİDEO


Tbilisidə Çavçavadze prospektində təcili yardım maşını Azərbaycan vətəndaşları olan fəhlələri vurub.

Yol-nəqliyyat hadisəsi nəticəsində 12 nəfər yaralanıb, bir nəfər isə ölüb.

Xəsarət alanlar arasında həm fəhlələr, həm də tibbi heyət üzvləri var.

İlkin məlumata görə, sürücü sükan arxasında yuxuya gedib və maşın yoldan çıxaraq fəhlələri əzib. Hadisə fəhlələrin tikinti obyektinin girişinə toplandığı vaxt baş verib. Təcili yardım maşını xəstə aparırmış.

Hadisə ilə əlaqədar “İnsan ölümünə səbəb olan nəqliyyat təhlükəsizliyi qaydalarının pozulması və ya nəqliyyatdan istifadə” maddəsi ilə cinayət işi açılıb ki, bu da dörd ildən yeddi ilə qədər həbs cəzasını nəzərdə tutur.(oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top