DİN 3 nəfərin ölümü ilə nəticələnən partlayışla bağlı məlumat yayıb


Daxili İşlər Nazirliyi Yasamalda 3 nəfərin ölümü ilə nəticələnən partlayışla bağlı məlumat yayıb.

Yeniavaz.com DİN-ə istinadən xəbər verir ki, yanvarın 9-da saat 3 radələrində Yasamal rayonunun L.Tolstoy küçəsindəki evlərin birində təbii qazın sızmasından yanğına keçən ani partlayış baş verib.

Nəticədə konstruksiyalar və oradakı əşyalar yanıb. Yanğın söndürüldükdən sonra ev sahibi Aydın Məmmədovun, arvadı Xuramanın və qızı Aygünün meyitləri tapılıb.

Araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top