ABŞ-ın 4 prezidenti Trampı təkzib etdi


ABŞ Prezidenti Donald Trampın Meksika ilə sərhəddə tikilməsi planlaşdırılan divarla bağlı iddiasını Birləşmiş Ştatların 4 keçmiş dövlət başçısı təkzib edib.
Yeniavaz.com Türkiyənin NTV telekanalına istinadla xəbər verir ki, D. Tramp sabiq prezidentlərin də Meksika sərhədində divar inşa etmək niyyətində olduğunu və bəzilərinin onu dəstəkləyərək “bunu biz etməliydik” dediyini bildirmişdi.
Lakin ABŞ-ın sağ olan keçmiş prezidentləri Barak Obama, Bill Klinton, kiçik Corc Buş və Cimmi Karter D. Trampın sözlərini təkzib edib. C. Karter: “Prezident Trampla sərhəddə divar inşası ilə bağlı danışmamışam və bu məsələdə onu dəstəkləmirəm”.
B. Klintonun sözçüsü: “Cavabımız xeyrdir. Açıqcası Tramp prezident vəzifəsinə gələndən bəri danışmayıblar”. Kiçik C. Buşun sözçüsü: “Trampla bu mövzuda danışılmayıb”. B. Obamanın ofisi isə onun divarın əleyhinə olan keçmiş açıqlamalarını paylaşıb.

DİGƏR XƏBƏRLƏR

Top