FHN kiçikhəcmli gəmilərə texniki baxış keçirəcək

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmilərə texniki baxış keçirəcəkdir

Yeniavaz.com xəbər verir ki, bu barədə FHN-nin mətbuat xidməti məlumat yayıb. 

2019-cu il ərzində kiçikhəcmli gəmilərə texniki baxış aşağıdakı cədvələ uyğun keçiriləcək.

Sıra № Texniki baxışın keçiriləcəyi şəhər və rayonlar Texniki baxışın keçirilmə vaxtı
1. Xaçmaz,Şabran,Siyəzən,Xızı 11-21 fevral
2. Astara,Lənkəran,Masallı 1-11 aprel
3. Salyan,Neftçala,Şirvan 22-30 aprel
4. Mingəçevir və digər daxili su hövzələri 16-26 sentyabr
5. Bakı şəhəri və Abşeron rayonu üzrə  
5.1 Bibiheybət-Ələt istiqamətində  Hər Ayın 2-ci və 3-cü həftəsinin II və III günləri
5.2 Zığ-Pirallahi istiqamətində Hər Ayın 2-ci və 3-cü həftəsinin II və III günləri
5.3 Şimal QRES-Nardaran istiqamətində Hər Ayın 2-ci və 3-cü həftəsinin IV və V günləri
5.4 Goradil-Z.Tağıyev istiqamətində Hər Ayın 2-ci və 3-cü həftəsinin IV və V günləri
 

 

DİGƏR XƏBƏRLƏR

Top