Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edir

 
Avropa İttifaqı (Aİ) İrana qarşı yeni sanksiyalar tətbiq edir. Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Danimarkanın xarici işlər naziri Anders Samuelson məlumat verib. Onun sözlərinə görə, cərimə tədbirləri İranın xüsusi xidmət orqanlarına qarşı yönəlib: “Bu onların Avropa ərazisində planlaşdırdıqları cinayət niyyətləri ilə bağlıdır”.
 
Niderland hökuməti isə məlumat verib ki, Aİ xüsusi xidmət orqanlarına rəhbərlik edən İranın İnformasiya Nazirliyinə qarşı sanksiya tətbiq edib: “Buna səbəb Aİ ərazisində hücuma hazırlığa iştirakda ittiham edilmələridir”. Niderlandın xüsusi xidmət orqanları hesab edir ki, Tehranın Danimarkanın İran əsilli iki vətəndaşına hücumda əlaqəsi var. Hər iki vətəndaş İranın siyasətini tənqid edib. İnsidentlər 2015-ci ildə Almerdə və 2017-ci ildə Haaqada olub. Sanksiyalar yanvarın 9-da qüvvəyə minəcək. 

DİGƏR XƏBƏRLƏR

Top