"McDonald's"ın binasına çıxaraq intihar etmək istəyən gənc xilas edilib - VİDEO - YENİLƏNİB

"Neftçilər" metrostansiyası yaxınlığında "McDonald's"ın da yerləşdiyi binanın damına çıxaraq özünü aşağı atmaq istəyən gənc xilas edilib. Yeniavaz.com xəbər verir ki, bu barədə fövqəladə Hallar Nazirliyi  (FHN) məlumat yayıb. Məlumatda deyilir ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb. Əməliyyat başa çatıb.

22.46

Bakının Nizami rayonu ərazisində gənc oğlan intihara cəhd edib.

Yeniavaz.com “Report”a istinadən xəbər verir ki, gənc oğlan "Neftçilər" metrostansiyası yaxınlığında "McDonald's"ın da yerləşdiyi binanın damına çıxaraq özünü aşağı atmaq istəyir.

Hadisə yerinə polis əməkdaşları və xilasedicilər cəlb olunub.

DİGƏR XƏBƏRLƏR

Top