Həbsdə aclıq aksiyası keçirdiyi bildirilən blogger Mehman Hüseynovun sosial şəbəkələrdə yeni fotosu yayılıb. Yeniavaz.com xəbər verir ki, fotonu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov paylaşıb.


