Dovşan ovçuları saxlanıldı


Saatlıda qanunsuz ov edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Yeniavaz.com-a verilən məlumata görə, yanvarın 7-də qanunsuz ov etdiklərinə görə beş nəfər Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla onların Füzuli rayon sakinləri Yavər Rəhimov, Təvəkkül Şıxəliyev, Firqət Muradov, Elyar Eyvazov və Rasim Kərimov olduqları müəyyən edilib.

Onlardan iki ədəd “TOZ-63”, “İJ-58”, “MR-155” və müvafiq sənədləri olmayan “İJ-18” markalı ov tüfəngləri və 15 ədəd patron, habelə ovladıqları 10 ədəd dovşan götürülüb.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top