Lənkəranda yeni doğulan əkizlərdən biri öldü


Lənkəranda doğum şöbəsində əkiz uşaqlardan biri ölü doğulub.

Hadisə Lənkəran şəhər Mərkəzi Xəstəxanasının doğum şöbəsində baş verib.

Məsələ barədə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Əbülfət Məmmədov saytımıza açıqlamasında bildirib ki, Hüseynova Günay İslam qızı 33 həftəlik hamiləliklə xəstəxanaya daxil olub: “Qadın müayinə olunan zaman ona bildirilib ki, uşağın biri ana bətnində ölüb. O, təcili qeysəriyyə əməliyyatı edilib. Əkizlərdən oğlan uşağı ölmüş vəziyyətdə dünyaya gəlib. Qız uşağının isə vəziyyəti keçirilmiş əməliyyata uyğundur. Hazırda xəstəxanada küvezə qoyulub, müalicəsi davam etdirilir”.

Ailə hüquq-mühafizə orqanlarına müraciəti zamanı uşağın ölümündə həkimlərin günahkar olduğunu qeyd edib.

Əbülfət Məmmədov bu iddianı qəbul etməyib: “Həmişə belə olur. Baş verən hadisədə həkimlər günahlandırılır. Xanım xəstəxanaya gələn zaman yüksək təzyiqi olub, vəziyyəti kritik idi. Doğum şöbəsinə gələndə artıq əkizlərdən biri ana bətnində ölü olub. Burada həkimləri günahlandırmaq doğru deyil”.

Faktla bağlı Lənkəran rayon Prokurorluğunda araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top