Bakıda dəhşətli yol qəzası - ölən və xəsarət alan var


Bakıda ağır yol qəzası baş verib.

Binəqədi-Biləcəri yolunda “Mercedes” markalı minik avtomobili yolu keçməyə çalışan yaşlı kişi ilə qadını vurub.

Nəticədə ağır xəsarət alan 72 yaşlı qadın vəfat edib, 81 yaşlı kişi isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.(publika.az)

DİGƏR XƏBƏRLƏR

Top