Paşinyan Karaqandadakı qətli şərh etdi


Ermənistanın baş naziri vəzifələrini icra edən Nikol Paşinyan bu gün Karaqandada kütləvi dava zamanı baş verən qətli şərh edib.

Jurnalistin müvafiq sualına cavab verərkən, Ermənistanın baş naziri səlahiyyətlərinin müvəqqəti icraçısı deyib ki, Karaqandadakı hadisə millətlərarası xarakter daşıya bilməz.

"Həlak olanın qohumlarına başsağlığı verirəm və vurğulayıram ki, hadisə etniklərarası xarakter daşıya bilməz. Münaqişə edən tərəflər monoetnik olmayıblar. Davaya təşəbbüs edənlər arasında etnik qazax da olub”, - deyə Paşinyan vurğulayıb.

Paşinyan erməni KİV-ini informasiyaları yalnız dəqiq yoxladıqdan sonra yaymağa çağırıb.

Xatırladaq ki, yanvarın 1-nə keçən gecə Karaqandadakı restoranlardan birində kütləvi davaya çevrilən münaqişə yaşanıb və nəticədə bir nəfər ölüb, daha üç nəfər isə müxtəlif bıçaq xəsarətləri alıb. Karaqanda vilayəti akimatasının bəyanatına əsasən, davanın doqquz iştirakçısı müəyyən edilib. Onlardan səkkizi qoruma altına alınıb. Onların arasında bir qazax, iki erməni var, daha bir erməni isə axtarışdadır. (virtualaz.org)

DİGƏR XƏBƏRLƏR

Top