İraqın dini və siyasi liderləri gizlincə İsrailə səfər ediblər

 
İraqın bir neçə siyasi və dini lideri son aylar ərzində gizlincə İsrailə gediblər. Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, son aylar İraqdan üç nümayəndə heyəti İsrailə səfər edib. Ümumilikdə İsrailə 15 nəfər gedib. Həmin şəxslər İraq vətəndaşlarının əhvalına böyük təsir etmək imkanlarına malik olmaları ilə seçilirlər.
 
Qonaqlar arasında, o cümlədən sünnilərin və şiələrin dini liderləri, kürd muxtar bölgəsinin təmsilçiləri də olublar. İraqlılar rəsmi şəxslərlə görüşüblər, eləcə də İsraildə tanışlıq xarakteri daşıyan gəzintilərdə olublar. Bu səfərlərin gizlin saxlanıldığı qeyd edilir. 

DİGƏR XƏBƏRLƏR

Top