Pensiyalar 6-7 manat artacaq - PROQNOZ


Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev jurnalistlərə açıqlamasında deyib ki, pensiyaçılar artımları fevral aydan etibarən ala biləcəklər.
Yeniavaz.com xəbər verir ki, nazirin sözlərinə görə, müvafiq rəqəmlər Dövlət Statistika Komitəsi tərəfindən təqdim olunmalıdır: "Onun əsasında müvafiq qərar olacaq. O qərardan sonra pensiyaçılar uyğun ödənişləri alacaqlar".
Məlumat üçün bildirək ki, nazirin qeyd etdiyi kimi, pensiyaların nə qədər artacağı Dövlət Statistika Komitəsi tərəfindən açıqlanan orta aylıq nominal əməkhaqqının artım tempinə əsasən müəyyən olunacaq. Yəni, ötən il orta aylıq nominal əməkhaqqı nə qədər artsa pensiyalar da bir o qədər artırılacaq.
Qeyd edək ki, 2017-ci il ərzində ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2016-cı ilə nisbətən 5,7% artığı üçün 2018-ci ilin əvvəlində pensiyalar 5,7% artırıldı.
Artıq bu ilin ilk 10 ayı ərzində orta aylıq nominal əmək haqqında qeydə alınan artımlar açıqlanıb. Açıqlanan göstəricilər onu deməyə əsas verir ki, gələn il pensiyaların artımı ötənilki artım səviyyəsindən təxminən 2 dəfə aşağı olacaq.
Məlumat üçün bildirək ki, 2017-ci ildə əmək haqqında ən aşağı artım 5,1% (yanvar ayında), ən yüksək artım isə 7,4% ( avqust ayında) olub.
Ötən il isə əmək haqqında ən aşağı artım 2,2% (fevral ayında), ən yüksək artım isə 4% (may ayında) olub. Buradan belə nəticəyə gəlmək olar ki, ötən il üçün orta aylıq əmək haqqı təxminən 3% həddində artacaq.
Açıqlanan son məlumata görə ölkədə orta pensiya məbləğinin 221 manat olub. Bu isə o deməkdir ki, son 2 ayın statistik göstəricilərində ciddi dəyişiklik olmasa, ehtimal etmək olar ki, pensiyaların orta məbləği təxminən 6-7 manat həddində artacaq.
 
 

DİGƏR XƏBƏRLƏR

Top