Ər arvadını yatdığı yerdə döyüb bu hala saldı - FOTO


Ər arvadına yatdığı yerdə başından zərbə endirib.
Yeniavaz.com
xəbər verir ki, Qadın və Uşaq Sığınacağından “Qafqazinfo”ya verilən məlumata görə, hadisə Şəmkir rayonu, Qaracəmirli kəndində baş verib. Ataşov Zeynal Ramiz oğlu arvadı, 1985-ci il təvəllüdlü Kazımova Gülnarə Zakir qızını yatdığı zaman başından şüşə “butulka” ilə vurub və sonra döyüb. Yaxınılarının polisə müraciətindən sonra Z.Ataşov saxlanılıb, araşdırma aparılır. Onların birgə nikahdan 1 qız, 1 oğlan övladı var.

DİGƏR XƏBƏRLƏR

Top