
Misir Prezidenti Əbdülfəttah əl-Sisi paytaxt Qahirənin 40 kilometr şərqində dünyanın ikinci, Yaxın Şərqin isə ən böyük məscidi ilə kilsəsinin rəsmi açılışını edib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, məscidin adı “Əl-Fəttah əl-Alim”, kilsənin adı isə “Məsihin doğuşu” olduğu bildirilir. Fələstinin dövlət başçısı Mahmud Abbasın da iştirak etdiyi tədbirdən sonra məsciddə azan oxunub və namaz qılınıb. Ə. əl-Sisi və Əl-Əzhər şeyxi Əhməd ət-Tayyib kilsədə çıxış ediblər. Misir Prezidenti açılışı önəmli və tarixi an olaraq qiymətləndirib, Ə. ət-Tayyib isə İslam dövlətlərinin məscid, kilsə və sinaqoq kimi ibadətxanaların qoruyucusu olduğunu deyib. Misirli rəsmilər bildiriblər ki, məscid dünyanın ikinci ən böyük məscididir, kilsə sə Yaxın Şərqin ən böyük kilsəsidir.