
Perak ştatının sultanı Nəzrin Miyzuddin Şah Malayziyanın ali hökmdarının (Kral) səlahiyyətlərinin icraçısı təyin edilib.
Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bu qərar V Məhəmmədin taxtdan əl çəkməsindən sonra Hökmdarlar Şurasının (irsi sultanlar) təcili görüşündə qəbul edilib. Görüşdə doqquz sultandan yalnız altısı iştirak edib. Həmçinin, görüşdə yeni ali hökmdarın növbədənkənar seçkilərinin tarixi müzakirə edilib.