
Hərbçilər Qabon dövlət radioyayım stansiyasını nəzarət altına götürüblər.
Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, hərbçilər “Milli Bərpa Şurası”nın yaradılmasını elan etmək üçün bu addımı atıblar. Bildirilir ki, ordu adından kommünikeni radioefirdə leytenant Ondo Obianq Kelli oxuyub. Bəyanatda deyilir ki, hərbçilər dekabrın 31-də ölkə Prezidenti Əli Bonqonun etdiyi müraciətdən məyus olublar. Hərbçilər müraciəti hakimiyyətdə qalmaq üçün acınacaqlı tamaşa adlandırıblar. Onlar elan ediblər ki, yaxın saatlar ərzində “Milli Bərpa Şurası” yaradacaqlar. Prezident Ə. Bonqo ötən il dekabrın 24-də Ər-Riyaddda xəstəxanaya yerləşdirilib. 59 yaşlı dövlət başçısı insult keçirib. Hazırda o, Mərakeşdə müalicənin bərpa dövrünü keçirir.