Ermənilər qan tökdü, minlərlə qaraqandalı küçələrə çıxdı


Qazaxıstanın Qaraqanda şəhərində bir qrup erməninin 23 yaşlı qazax gənci qətlə yetirməsinə etiraz olaraq minlərlə insan küçələrə çıxıb.

Qaraqandada milli zəmində baş vermiş qətldən sonra başlayan etirazların böyüyüb. Hakimiyyət milli zəmində kütləvi iğtişaşların baş verə biləcəyindən ehtiyat edərək xüsusi təyinatlıları səfərbər edib.

Qətl Qaraqandadakı “Qədim Roma” restoranında baş verib. Bir qrup erməninin milli zəmində qazax gənci qətlə yetirməsindən hiddətlənən sakinlər sosial şəbəkələrdə ermənilərə qarşı qəzəbli çağırışlar ediblər və etirazlara səsləyiblər. Onlar baş vermiş hadisədə Qazaxıstandakı erməni diasporunu günahkar elan ediblər.

Hüquq-mühafizə orqanları qətllə bağlı iki ermənini və bir qazaxı- Malxasyan Torqom Manveloviç, Malxasyan Soxak Samveloviç və Nadırbekov Kair Xamitoviçi həbs edib. Qururyan Narek adlı erməni axtarışa verilib.

 

 

Xatırladaq ki, qətldən hiddətlənən qazaxlar ötən gün səhvən şəhərdəki “Bakı” restoranına hücum etmişdilər.

Sosial şəbəkələrdə yayılmış videokadrlara əsasən hazırda Qaraqanda küçələrində etirazlar davam edir. Küçələrə çoxsaylı polis qüvvələri çıxarılıb. Xüsusi təyinatlılar kütlə arasına yeridilib.(virtualaz.org)

DİGƏR XƏBƏRLƏR

Top