Diaspor təşkilatının sədri: “Azərbaycanlılarla bağlı problem aralarında yaranan insidentdən baş verir”


Ukraynanın Xarkov şəhərində öldürülən tələbələr Zeynəb Hüsünbəy və Buket Yıldızı qətlə yetirənin kimliyi məlum olub.

Onu da bildirək ki, türkiyəli qızların əslən azərbaycanlı olduqları söylənilir.

 

Ukraynanın Xarkov şəhərində fəaliyyət göstərən “Dostluq” cəmiyyətinin sədri, texnika elmləri doktoru, professor Murad Ömərov  açıqlamasında deyib ki, artıq qatil tutulub.

 

“Öldürülən tələbələrdən biri qatilin sevdiyi qız olub. Hər üçü Türkiyə vətəndaşıdır. Qızları öldürən 1998-ci il təvəllüdlü Türkiyə vətəndaşı Hüsnü Candır. Versiyalara görə, aralarında əvvəl dost münasibətləri olub. Sonradan münasibətlər pozulub. Cinayət hadisəsi də bu cür baş verib”.

 

“Dostluq” cəmiyyətinin sədri bildirib ki, bu cür hallarda təəssüfedici məqamlar var:

 

"Bu cinayətin baş verməsində siyasi, milli  xarakterli heç nə yoxdur. Məişət zəminində baş verib. Təəssüf ki, çox vaxt bu cür hadisələr eyni ölkənin vətəndaşları  arasında olur. Azərbaycanlılarla bağlı problem olanda 99% öz aralarında yaranan insidentdən baş verir”. (Modern.az)

DİGƏR XƏBƏRLƏR

Top