Britaniyada yeni pul vahidi dövriyyəyə buraxılacaq - FOTO


Britaniyanın xaricdəki ərazilərində və Taxt-tac ərazilərində ilk dəfə olaraq yeni pul vahidi - 1 paund dövriyyəyə buraxılacaq.

Yeni pul vahidinin üzərində nanə bitkisinin təsviri olacaq.

2017-ci ildə dövriyyəyə buraxılan pul vahidi dünyanın ən təhlükəsiz sikkəsi kimi təqdim edilmişdi və üzərində Şimali İrlandiyaya məxsus dovşan kələmi, Şotland qanqalı və İngilis rozası təsvir edilmişdi.

Xəzinədarlıq İdarəsinin yaydığı açıqlamaya görə, yeni pul vahidinin dövriyyəyə buraxılmasının məqsədi Böyük Britaniya və onun əraziləri arasındakı sıx əlaqələri göstərməkdir. (Azərtac)

DİGƏR XƏBƏRLƏR

Top