2019-un ən çox gözlənilən videooyunları


“The Washington Post” 2019-cu ildə ən çox gözlənilən videooyunların siyahısını hazırlayıb.

Oyunlar toplusuna populyar oyun silsilələrindən olan sikvellər də daxil edilib.

“The Washington Post”un versiyasına görə, 2019-cu ildə satışa çıxarılacaq ən populyar oyunların beşliyinə “The Last of Us” oyununun ikinci hissəsi salınıb. Oyunun relizi 2019-cu ilin üçüncü rübünə nəzərdə tutulub. Oyun yalnız Playstation 4 konsolları üçün nəzərdə tulub.

Jurnalistlər siyahıya  4A Games studiyasının rusiyalı yazıçı Dmitri Qluxovskinin romanının motivləri əsasında  yaratdığı “Metro” oyununun sikvelini (Metro: Exodus) daxil edib. Oyun gələn ay bazarlara yol tapacaq.

Siyahıya “Ori and the Will of the Wisps” tapmaca oyunu, “Sekiro: Shadows Die Twice” kəskin süjetli yapon ekşın oyunu və macarə-komediya janrında olan “Afterparty” oyunu daxil edilib. (oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top