Pakistan Ümrə ziyarətində birinci oldu

 
Son 4 ay ərzində ümumilikdə 2 milyon 180 min nəfər Ümrə ziyarəti üçün Səudiyyə Ərəbistanına gedib. Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Səuddiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyinin məlumatında deyilir. Hesabat dövründə ən çox Ümrə ziyarəti edənlər Pakistan vətəndaşları olublar. Bu ölkədən  600 min 15 nəfər 4 ayda Ümrə ziyarətini gerçəkləşdirib. Siyahının ikincisi və üçüncüsü müvafiq olaraq, 394 min 27 nəfərlə İndoneziya və 281 min 589 nəfərlə Hindistandır.

DİGƏR XƏBƏRLƏR

Top