Riberi 1200 avroluq qızıl antrikot yediyinə görə onu tənqid edənləri söydü

 

“Bavariya” klubunun futbolçusu Frank Riberinin Nüsrət Gökçenin Dubaydakı restoranında təxminən 1200 avro dəyərində qızılla örtülmüş antrikot yeməsi qalmaqala səbəb olub. Yeniavaz.com “Sözcü” qəzetinə istinadla xəbər verir ki, fransız yarımmüdafiəçi bir çox məşhur kimi mövsümlərarası fasilədən istifadə edərək “Nusr-Et Dubai” restoranında yemək yeyib.
 
Futbolçu “Yeni ilə başlamaq üçün bir çimdik duz və türk qardaşımı ziyarət etməkdən daha yaxşı bir yol yoxdur” deyərək “Instagram”da paylaşdığı videoda Nüsrətin Riberiyə qızılla örtülmüş antrikot hazırladığı görülmüşdü.
 
Sözügedən görüntülər sosial şəbəkədə tənqidlərə məruz qalmışdı. Fransız futbolçu “Instagram” səhifəsində bu tənqidlərə inanılmaz söyüşlərlə cavab verib. O, tənqid edənləri söydükdən sonra əlavə edib: “Mənim uğurum hər şeydən əvvəl Tanrı, mən və mənə inanan sevdiklərim sayəsində oldu”.


DİGƏR XƏBƏRLƏR

Top