Putinə həsr olunmuş ətirlər satışa çıxarıldı

 
Rusiya Prezidenti Vladimir Putinə həsr olunmuş kişi və qadın ətirləri Moskvada satışa çıxarılıb. Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, Kreml V. Putinin adının kommersiya məqsədləri üçün istifadə edilməsinə razılıq vermədiyini bəyan edib.
 
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bunun heç kim tərəfindən qəbul edilmədiyini açıqlayıb. “Leaders” şirkətinin V. Putinə həsr olunmuş ətirləri kişilər üçün “Number one”, qadınlar üçün isə “Russia woman” adlanır. Parfümün flakonlarında dövlət başçısının profilləri və Rusiya gerbi təsvir olunub.  Sadə flakonu 10 min rubla, hədiyyə qutusunda 100 ml-lik parfümü isə 19 min rubla almaq mümkündür.

DİGƏR XƏBƏRLƏR

Top