
ABŞ Prezidenti Donald Trampın Amerika qoşunlarının Suriyadan tam çıxarılacağına dair qərarına baxmayaraq, Birləşmiş Ştatların hərbçilərinin bir qismi bu ölkənin cənubunda qala bilər. Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bunu ABŞ Administrasiyasındakı mənbə deyib.
Onun sözlərinə görə, ABŞ qoşunların çıxarılmasının həyata keçirilməsi üçün konkret müddət qoymur. Bununla belə, Birləşmiş Ştatlar hesab edir ki, Suriya ərazisində fəaliyyət göstərən İŞİD terror qruplaşmasının qalan silahlıları artıq yaxın həftələr ərzində məhv edilə bilər. Xatırladaq ki, D. Tramp Amerika qoşunlarının Suriyadan çıxarılmasına başlamaq qərarını açıqlayıb.