Ana 7 uşağı ilə birgə dəm qazından zəhərlənib? - Açıqlama


Abşeron rayonunun Goradil qəsəbəsində ana və 7 uşağı dəm qazından zəhərlənib. Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov faktı təsdiqləyib.

P. Abubəkirovun sözlərinə görə, 41 yaşlı Elnarə Aslanova və onun 7 uşağı Respublika Toksikalogiya Mərkəzinə yerləşdirilib. Zəhərlənən uşaqların kiçiyinin 3, böyüyünün 13 yaşı var. Qadın 10 uşaq anasıdır. Digər 3 uşaqda zəhərlənmə əlamətləri müşahidə edilməyib.
"Ana və uşaqları özlərini pis hiss ediblər, təcili yardım çağırılıb, onlara dəm qazından zəhərlənmə diaqnozu qoyulub",- P.Abubəkirov söyləyib.
(virtualaz.org)

DİGƏR XƏBƏRLƏR

Top