Azərbaycanlı tələbə qızları öldürən şəxs iki gün cəsədlərin yanında qalıbmış - Təfərrüat


Ukraynanın Xarkov şəhərində Türkiyə vətəndaşları olan azərbaycanlı tələbə qızları kirayə qaldıqları mənzildə qətlə yetirənin kimliyi məlum olub.

Tibb fakültəsinin ikinci kurs tələbələri Buket Yıldız (20) və Zeynəb Hüseynbəylinin (22) Yıldızın keçmiş sevgilisi olduğu iddia edilən Hüsnü Can K. tərəfindən bıçaqlanaraq öldürülməsiylə bağlı detallar təsdiqini tapıb.
Polis qızları öldürdükdən sonra iki gün cəsədlərinin yanında qalan, "Rinkov" kimi tanınan qətl şübhəlisi Hüsnü Can Ç.-nin axtarışlarını davam etdirir.
Şübhəlinin sosial şəbəkə hesablarında "Criminal Case video" oyunu paylaşımları üzə çıxıb.
Buketin atası "Qızım qatillə 1 il öncə tanış olmuşdu. Hal və davranışları xoşuna getmədiyi üçün onunla görüşmək istəmirdi. Ancaq qatil qızımdan əl çəkmədi" deyib.
Qohumların dediklərinə görə, qatil sevgili Türkiyədən Ukraynaya Buketi görməyə gedibmiş. Evə girdikdə Buketlə mübahisə edib. Qızlar onu evdən çıxarıblar. Sonra Zeynəb marketə gedib. Qatil küçədə plan qurub. Zeynəbin evdən çıxmağını fürsət bilib, evə daxil olub. Buketi evdə bıçaqlayıb. Zeynəb də marketdən qayıtdığında bıçaqlanıb.
Hüsnü Can Ç-nin 2 yanvarda Ukraynadan Türkiyəyə "uçduğu" təsdiq edilib.
(Milli.az)

DİGƏR XƏBƏRLƏR

Top