söyüd qabığını dəmləyib gündə 1 stəkan içmək orqanizmdə bunları edir - FAYDALARI


Dünyadakı alternativ müalicə üsullarını, türkəçarə metodlarını hər dəfə araşdırdıqca təəccüblənməyə bilmirsən. Bizim əhəmiyyət vermədiyimiz, şəfalı olduğunu bilmədiyimiz nə qədər bitkilər, ağaclar var imiş...

Elə ağ söyüd qabığı kimi. Hipokrat zamanında qızdırması və revmatizması olanlara söyüd qabığı çeynəmək tövsiyə edilirmiş. 
Hazırda da dünyanın bir çox ölkələrində ağ söyüdün qabığından müxtəlif xəstəliklərin müalicəsində istifadə edilir.
Yeniavaz.com saytı ağ söyüd qabığının insan orqanizminə faydalarını təqdim edir.
1. Kirənclənmənin qarşısını alır.
2. Bel ağrılarına müalicəvi təsir göstərir.
3. Revmatizması olanlara xeyirlidir.
4. Baş ağrısının qarşısını alır.
5. İltihabı azaldır.
6. İmmuniteti gücləndirir.
7. Qripə qarşı müalicəvi təsir göstərir.
8. Aspirinin hazırlanmasında xam maddə kimi istifadə olunur.
9. Antioksidantdır.
10. Dizdəki və boyundakı ağrıları azaldır.
11. Ürəyə xeyirlidir.
12. Qanı duraldır.
13. Qızdırmanı salır.
14. Yuxu gətirir.
15. Cinsi aktivlik yaradır.
16. İştahanı açır.
17. Ayaq və əllərin normadan artıq tərləməsinin qarşısını alır.
18. İnfarkt riskini azaldır.
19. İnsulta qarşı qoruyucu təsirinin olduğu bildirilir.
 
Hazırlanma qaydası
2 yemək qaşığı qurudulmuş ağ söyüd qabığına 3 stəkan su əlavə edərək yaxşıca qaynadın. Daha sonra 5 damcı limon sıxıb gün ərzində bir stəkan içə bilərsiniz.
 
Xəbərdarlıq
Yaşı 16-dan aşağı olanlara verilməməlidir. Çox içmək qaşıntıya, mədə bulanması, qusmaya səbəb ola bilər. Hamilələlər və uşaq əmizdirən analar istifadə etməməlidir. Mədəsində problem olanlara pis təsir edir.

DİGƏR XƏBƏRLƏR

Top