Bakıda “E-Manat” ödəmə terminalından 736 manat oğurlanıb


“E-Manat” ödəmə terminalından oğurluq edən yeniyetmə tutulub.

Yeniavaz.com DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birində quraşdırılmış “E-Manat” ödəmə terminalından 736 manat pul oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini olan bir yeniyetmə saxlanılıb.
Araşdırmalar davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top