Poroşenko İstanbula yola düşdü: tarixi hadisə olacaq


Ukrayna Prezidenti Petro Poroşenko İstanbula yola düşüb. Yeniavaz.com “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, yanvarın 6-da İstanbulda Ukrayna Pravoslav Kilsəsinin (UPK) başçısı Yepifaniyə tomos (fərman) təqdim ediləcək. Tomos UPK-nin avtokefaliyası (müstəqilliyi) barədə olacaq. P.Poroşenko “Facebook” səhifəsində yazıb: “Kiyev və bütün Ukrayna mitropoliti Yepifani ilə İstanbula yola düşmək mənim üçün böyük fəxrdir. Sabah orada çoxdan gözlənilən hadisə baş verəcək. Bu, dünya pravoslaviyası tarixində yeni era olacaq. Sülh və birlik üçün dua edirik. Birlikdə xalqımızın gücü var. Birlik bizə qələbəni təmin edəcək”. Tomosu İstanbul patriarxı Varfolomey təqdim edəcək. Bununla da UPK Rusiya pravoslav kilsəsindən ayrılaraq müstəqil olacaq.

DİGƏR XƏBƏRLƏR

Top