Bakı-Gəncə sürət qatarı bu gün niyə yolda qalıb?


Bakı-Gəncə sürət qatarı yolda dayanıb.

Hadisə qatar Bakı istiqamətində hərəkət edərkən Kürdəmir rayonu ərazisində səhər saatlarında baş verib.

“Azərbaycan Dəmir Yolları İdarəsi”nin mətbuat katibi Sevinc Qədirova bildirib ki, hadisə elektrik xətlərində baş verən nasazlığa görə yaranıb. Bu səbəbdən qatarı Bakıya gətirmək üçün teplovoz göndərilib. Qatar 8 dəqiqə gecikmə ilə Bakıya çatıb.

Qeyd edək ki, sözügedən qatarda Əməkdar artist Abbas Bağırov da olub. (Qafqazinfo)

DİGƏR XƏBƏRLƏR

Top